“Heydər Əliyev Kuboku” uğrunda futzal turniri davam edir

 

“Heydər Əliyev Kuboku” uğrunda futzal turnirində qrup mərhələsinin növbəti oyunları keçirilib. 5–6 iyun tarixlərində baş tutan qarşılaşmalarda Maliyyə Nazirliyi, Mərkəzi Bank, Mədəniyyət Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Vergi Xidməti, Nazirlər Kabineti, “Azərişıq” ASC Naxçıvan RETSİ və Səhiyyə Nazirliyi rəqibləri üzərində qələbə qazanıblar.

Turnirin növbəti oyunları qarşıdakı günlərdə keçiriləcək.